Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağcabədidə suvarma yaxşılaşdırılır - VİDEO

Ağcabədidə suvarma yaxşılaşdırılır - VİDEO

Tarix: 17 Iyul 2021 11:10

Su itkisinin qarşısının alınması məqsədilə tədbirlər görülür

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Ağdam Melioservis idarəsi müqavilələr əsasında magistral, təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və kollektor drenaj sistemlərinin, çay məcralarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması işlərini həyata keçirir. Bununla yanaşı idarə tərəfindən Ağcabədi rayonunda Muğanlı -1 nasosstansiyası əsaslı təmir olunaraq fermerlərin istifadəsinə verilib. Ərazidə yeni bina tikilib, diametri 285 millimetrlik 10 atmosfer təzyiqli boru xətti çəkilib.

Ağdam Melioservis idarəsi tərəfindən su itkisinin qarşısının alınması istiqamətində böyük işlər görülür. Ağcabədi rayonu ərazisində Laçın rayonundan olan fermerlərin su təminatının yaxşılaşdırılması üçün Kür çayı sahilində su qəbuledici hovuz tikilib və torpaq məcralı kanal beton üzlüyə alınıb.

Qeyd edək ki, Ağdam Melioservis idarəsi ötən il Ağdam, Bərdə, Ağcabədi və Tərtər rayonlarında fəaliyyət göstərən fermerlərin suvarma suyundan itkisiz istifadəsi üçün təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri həyata keçirib.


Etiketlər:  Ağcabədidə suvarma yaxşılaşdırılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ