Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 16:02
Kubanın koronavirusa qarşı istehsal etdiyi "Abdala" adlı peyvənd 100%-lik effektivlik göstərib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Abdala" peyvəndi kliniki sınaqların üçüncü mərhələsində xəstəliyin ağır formalarına və ölümcül nəticələrə qarşı 100% effektivlik nümayiş etdirib.
Gen Mühəndisliyi üzrə Milli Mərkəzin direktoru Marta Ayala deyib ki, hazırda bu vaksinin effektivliyi ilə bağlı araşdırmanın hədəf kütləsini 300 min nəfərə qədər artırmağı planlaşdırırlar.
Qeyd edək ki, Kuba rəhbərliyi "Abdala" peyvəndinin təcili istifadəsi üçün razılıq verib. Bu peyvənd koronavirusun simptomatik yayılmasına qarşı 92,28% effektivlik nümayiş etdirəndə ölkə belə bir qərar qəbul edib.
"Abdala" peyvəndi üçtərkibli preparatdır. Belə ki, ilk peyvənd vurulduqdan 14 və 28 gün sonra digər dozalar vurulur.
Kuba, həmçinin "Soberana 02" adlı digər bir vaksin də istehsal edib. Bu preparatın iki dozasının effektivliyi 62% təşkil edir. ÜST-nin vaksinlər üçün təyin etdiyi baryer isə 50%-dir.