Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2019 18:08
"Roma" "Liverpul"un futbolçusu Deyan Lovreni heyətinə qatmaq istəyir.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, A seriyası klubu xorvat müdafiəçini icarəyə götürmək üçün İngiltərə təmsilçisinə 2 milyon avro təklif edib. Tərəflər arasında danışıqların davam etdiyi bildirilib.
Qeyd edək ki, Lovrenin "Liverpul"la müqaviləsi 2021-ci ilin iyununda başa çatır.