Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"De Byazi zəng vurub dedi ki, artıq Azərbaycan millisinin üzvüsən" - Xorvat futbolçu

Tarix: 19 Iyul 2021 13:06

"Qarabağ"ın futbolçusu Filip Ozobiç növbəti dəfə milliləşdirilməsi barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, xorvat yarımmüdafiəçi "Sportske novosti" nəşrinə müsahibəsində bir sıra maraqlı məqamlara toxunub. O, Xorvatiya yox, Azərbaycan millisini seçməsini belə əsaslandırıb: "Xorvatiya millisinə çağırılmaq şansımın olmadığını qəbul edirdim. 30 yaşım var, realist biriyəm. Ona görə də 2 variantdan birini seçməli idim: ya ümumiyyətlə, milli səviyyəsində çıxış etməmək, ya da Azərbaycan yığmasında oynamaq".

Ozobiçin sözlərinə görə, Canni de Byazi Azərbaycan millisinə baş məşqçi təyin edildiyi ilk vaxtlardan onu komandasına dəvət etmək istəyib. Bununla bağlı onların arasında görüş də keçirilib. Görüşdə italiyalı mütəxəssis Ozobiçə dair planlarını açıqlayıb.

O, millimizdə oynamaqla bağlı FİFA-nın icazəsi haqda ilk dəfə De Byazidən xəbər aldığını söyləyib: "Mənə zəng vurub dedi ki, FIFA oynamağına icazə verir və sən artıq Azərbaycan millisinin üzvüsən. Təbriklərini çatdırdı. Mən isə söz verdim ki, milliyə əlimdən gələn köməyi edəcəyəm".

Milli.Az


Etiketlər:  De Byazi zəng vurub dedi ki artıq Azərbaycan millisinin üzvüsən Xorvat futbolçu


RƏYLƏR