Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sənaye müəssisələrinin istehsalı və xidmətlərinin həcmi artıb

Bakıda sənaye müəssisələrinin istehsalı və xidmətlərinin həcmi artıb

Tarix: 10 Avqust 2019 20:32

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu ilin yanvar-iyun aylarında Bakıda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq 19,9 milyard manat təşkil edib.

Trend-in məlumatına görə, sənaye məhsulunun 81,3 faizi mədənçıxarma, 16,7 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,9 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,1 faiz təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda sənaye müəssisələrinin istehsalı xidmətlərinin həcmi artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ