Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2019 11:12
Bakı. Elçin Mehdiyev - Trend:
Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin üçüncü – sonuncu yarış gününə start verilir.
Trend-in məlumatına görə, bu gün "Williams", "Racing Point", "McLaren", "Haas" və "Toro Rosso" komandalarının avtoqraf sessisiyası və Formula 2 pilotlarının ikinci yarışı olacaq.
Açılış mərasimi və pilotların paradından sonra Formula 1 Azərbaycan Qran Prisinə start veriləcək.
Azarkeş zonasının qapıları açılır |
10:00 |
Bütün əyləncə zonası |
|
Avtoqraf sessiyası – Williams |
11:20 |
F1® azarkeş zonası |
11:40 |
Avtoqraf sessiyası – Racing Point |
11:20 |
F1® azarkeş zonası |
11:40 |
Avtoqraf sessiyası – McLaren |
11:40 |
F1® azarkeş zonası |
12:00 |
Avtoqraf sessiyası – Haas |
12:00 |
F1® azarkeş zonası |
12:20 |
Avtoqraf sessiyası – Toro Rosso |
12:20 |
F1® azarkeş zonası |
12:40 |
F2™ ikinci yarış |
13:10 |
Trekdə |
14:00 |
Açılış və pilotların paradı |
14:30 |
Trekdə |
15:00 |
Dövlət Himni mərasimi |
15:54 |
Trekdə |
15:56 |
Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 |
16:10 |
Trekdə |
18:10 |
Podium mərasimi |
18:10 |
Trekdə |
|
Crystal Hall-un qapıları açılır |
18:30 |
Crystal Hall |
|
DJ Mendoza |
20:30 |
Crystal Hall |
|
AISEL konserti |
21:15 |
Crystal Hall |
|
Cardi B konserti |
22:00 |
Crystal Hall |
|
Azarkeş zonasının qapıları bağlanır |
22:00 |
Bütün əyləncə zonası |
|
Crystall Hall-un qapıları bağlanır |
23:30 |
Crystal Hall |
Şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.
Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.
Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin