Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2021 20:20
Çində ilk maqnit levitasiya qatarı istifadəyə verilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, saatda 600 kilometrə qədər sürət yığa bilən qatar ilk hərəkətini Çinin şərqindəki Şandonq əyalətinin Çindao şəhərinə edib.
Sinxua agentliyinin məlumatına görə, yeni qatarın modeli tamamilə ÇXR mütəxəssisləri tərəfindən hazırlanıb, sınaqlara isə 2020-ci ilin iyununda başlanılıb. Maqnetik levitasiya qatarı təkərlər ilə relslər arasında sürtünmənin olmaması səbəbindən daha az səs-küy salır. Minimum dönmə radiusu metro qatarlarının dönmə radiusunun yarısıdır.
Qeyd etmək lazımdır ki, Çin sürətli dəmir yollarının inşası üzrə dünyada liderdir və 2020-ci ilin sonunda ölkədə dünyanın ən uzun dəmiryolu şəbəkəsinin ümumi uzunluğu 37.9 min kilometr olub.