Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İnamımız daha da artdı" - Samir Abasov

Tarix: 22 Iyul 2021 08:34

"Bugünkü oyundakı kimi motivasiya ilə cavab görüşünə çıxacağıq. Azarkeşlərə müraciət edirəm: Sizin dəstəyinizə ehtiyacımız var. Bu rəqibi keçmək ümidi ilə cavab görüşünü gözləyirəm. Bu matçadək inam necə idisə, indi daha da artdı. Bir oyun yetərli deyil, cavab görüşünü də gözləyək".

Bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə uduzduqları ilk oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis futbolçulara təşəkkürünü bildirib: "Onlar həddindən artıq gərgin oyunun altından çıxdı. Sevindirici haldır ki, meydanda münaqişə baş vermədi".

Abasov meydanda baş verənlərin gərginlik yox, emosiya olduğunu bildirib. O, 43-cü dəqiqədə Namiq Ələskərovun zədəsinin ciddi olduğunu bildirib: "Hamı gördü ki, bu, Samirdir. Azarkeşlərlə də insident oldu. Namiqin burun, almacıq və kəllə-beyin nahiyəsindən sınıqları var. Çox üzücü xəbərdir. Bu cür oyunçunun zədə alması bizə, futbolçularımıza pis təsir etdi. Cavab görüşünü onun üçün oynayacağıq. Meydanda baş verənlər emosionallıqdan irəli gəlirdi. Rəqib futbolçular vaxtı öldürürdülər".

Baş məşqçi oyunda qırılma nöqtəsi kimi 63-cü dəqiqədə Mert Çelikin qırmızı vərəqə almasını göstərib. Onun fikrincə, rəqib 43-cü dəqiqədə azlıqda qaldıqdan sonra futbolçularında inam başlayıb. Lakin Çelikin meydandan qovulması meydanda balans yaradıb və "Olimpiakos"a hücumlara açılmaq imkanı verib: "Eybi yox, Mert cavandır. İstəmədən etdi. Bəlkə də elə etməsəydi, rəqib qol vuracaqdı".

Abasov mərhələ adlamaq üçün əllərindəki materialın önəmli olmadığını, onların özlərini necə göstərmələrini vacib sayıb: "Bu gün rəqibin necə oynaması və sənin necə qarşılıq verməyin daha vacibdir. Bu gün biz psixoloji maneəni aşdıq, Motivasiya və xarakter hesabına nə isə edə bilərik. Rəqibdən də çox şey asılıdır. Əsas odur ki, onlara uşaqlar necə cavab verəcəklər".

Yay təlim-məşq toplanışını yaxşı keçmələrinə kənar amillərin təsir göstərdiyini söyləyən baş məşqçi bəzi futbolçuların istənilən səviyyədə hazırlıq prosesi görmədiklərini vurğulayıb: "Emin Mahmudov həqiqətən də yorulmuşdu, Sabir Buqrinin əvəzlənməsi isə bununla bağlı deyildi. Biz də on oyunçu ilə qaldıqdan sonra bir qədər yorulduq. Amma Bakıda son 15 dəqiqəlik bölümdəki yorğunluq olmayacaq".

Abasov bildirib ki, cavab görüşündə yaratdıqları imkanlardan yararlanmaq mümkün olacaq: "Bu oyunda 7 zərbəmizdən 4-ü qapı çərçivəsinə getdi. Ümid edirəm ki, cavab görüşündə zərbələrimiz dəqiq olacaq və mərhələni keçən biz olacağıq"

Milli.Az


Etiketlər:  İnamımız daha da artdı Samir Abasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ