Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” futbolçularını geri çağırdı – millinin heyətində dəyişiklilər

“Qarabağ” futbolçularını geri çağırdı – millinin heyətində dəyişiklilər

Tarix: 11 Avqust 2019 14:12

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Qol.az xəbər verir ki, bu haqda AFFA-nın saytı  məlumat yayıb.

“Qarabağ”ın müraciəti əsasında İsmayıl İbrahimli, Hacıağa Hacılı və Nicat Mehbalıyev klubun UEFA Çempionlar Liqasında Kiprin APOEL komandası oyunu ilə əlaqədar millinin toplanışından azad ediliblər. Onların əvəzinə “Səbail”dən Ədilxan Qarəhmədov, “Qəbələ”dən Samir Məhərrəmli və “Sumqayıt”dan Səbuhi Abdullazadə dəvət olunub.

 


Etiketlər:  Qarabağ futbolçularını geri çağırdı millinin heyətində dəyişiklilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ