Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa səfirindən Qarabağla bağlı qərəzli mövqe

Fransa səfirindən Qarabağla bağlı qərəzli mövqe

Tarix: 23 Iyul 2021 16:52

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın İrəvandakı səfiri qərəzli açıqlamaları ilə gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Conatan Lakot "Azadlıq" radiosunun erməni seqmentinə verdiyi müsahibəsində bir sıra birmənalı olmayan və təzadlı açıqlamalar verib.

Müsahibə zamanı C. Lakot diplomatların Azərbaycan tərəfinin təşkilatçılığı ilə bu yaxınlarda Şuşaya etdiyi səfərlə bağlı suala cavab verərkən deyib:

"Belə bir reallıq var ki, Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə təyin olunmalıdır. Bu status təyin olunmayınca Fransanın nə Bakıdakı, nə də İrəvandakı səfiri Qarabağa səfər edə bilər. Mən Xankəndinə getmədiyim kimi, Bakıdakı həmkarım da Şuşaya getmir. Və bu mövqe Minsk qrupunun hər üç həmsədr ölkəsi tərəfindən qəbul olunur", - deyə fransalı səfir deyib.

Bununla yanaşı, Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunan səfir bu mövzuda "dəhliz" sözündən istifadə etməməyin lazım olduğunu deyib:

"Dəhlizlər diplomatiya tarixində çox pis izlər qoyub. Məsələn, Dansinq dəhlizi. Belə hesab edirik ki, yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan və region ölkələri və qonşuları arasında regional kanalların bərpasını nəzərdə tutan üçtərəfli razılaşma əsasında çalışmalıyıq".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Azərbaycan Televiziyasına müsahibəsində bir daha xatırladıb ki, Dağlıq Qarabağ yoxdur, status yoxdur:

"Şərqi Zəngəzur var, hansı ki, mənim Sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb. 7 iyul 1923-cü ildə - bir əsr bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı. Ona görə yoxdur bu və əgər kimsə, yenə deyirəm, status vermək istəyir, Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır və onun həndəvərində. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Yoxdur!

Ermənilər orada daha əvvəl yaşamağa başlayıblar, nəinki bizim ərazimizdə. Bizim ərazimizə onlar 1812-ci, 28-ci ildən sonra köçürülməyə başlamışlar. Onların orada yaşamaları üçün tarixi əsasları yoxdur. Biz indi, sadəcə olaraq, humanizm göstəririk, deyirik ki, etiraz eləmirik, deyirik ki, onlar bizim vətəndaşlarımızdır. Əgər o xunta başçıları o xalqa imkan versə, əminəm ki, onlar böyük məmnuniyyətlə Azərbaycan vətəndaşları kimi də yaşayacaqlar, çalışacaqlar, gələcəklər, gedəcəklər, o cümlədən iş dalınca gələcəklər, Ağdama da gələcəklər, Füzuliyə də, hələ bizdən xahiş edəcəklər. Ona görə status məsələsi, bax, bu qiymətə layiq olmalıdır. Olmasa, başqa yerdə beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox!"

Milli.Az


Etiketlər:  Fransa səfirindən Qarabağla bağlı qərəzli mövqe


RƏYLƏR