Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya üzrə 3 milyard 790 milyon dozadan çox COVID vaksini vurulub

Dünya üzrə 3 milyard 790 milyon dozadan çox COVID vaksini vurulub

Tarix: 23 Iyul 2021 23:34

İyulun 23-dək dünyada COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 3 milyard 790 milyonu ötüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda Çin 1 milyard 510 milyon doza ilə dünya ölkələri arasında liderlik edir. İkinci və üçüncü yerlərdə gedən Hindistanda 423 milyon 417 min, ABŞ-da 339 milyon 760 min doza peyvənd vurulub.

Vurulan vaksin dozalarının sayına görə ilk onluqda, həmçinin Braziliya (130 milyon 250 min), Almaniya (88 milyon 470 min), Böyük Britaniya (83 milyon 20 min), Yaponiya (73 milyon 970 min), Fransa (67 milyon 230 min), Türkiyə (64 milyon 829 min) və İtaliya (63 milyon 880 min) yer alıb.

Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının sayına görə isə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb (166,27 doza). Bu göstərici üzrə ilk onluğa, həmçinin Malta (166,18), Seyşel Adaları (143,82), İslandiya (136,68), Uruqvay (132,95), San-Marino (132,85), Bəhreyn (132,66), Çili (129,54), İsrail (127,53) və Farer adaları (125,96) daxildir.

İndiyədək dünyanın 28 ölkəsində əhalinin sayından çox vaksin dozası vurulub.

Milli.Az


Etiketlər:  Dünya üzrə 3 milyard 790 milyon dozadan çox COVID vaksini vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ