Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qrizmann "Yuventus"da Ronaldunu əvəzləyə bilər

Qrizmann

Tarix: 24 Iyul 2021 14:42

İspaniyanın "Barselona" klubunun futbolçusu Antuan Qrizmann karyerasını İtaliya "Yuventus"unda davam etdirə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, Kriştianu Ronaldunun Turin komandasından ayrılacağı təqdirdə gerçəkləşəcək. Portuqaliyalı forvardın gedişi ilə əmək haqq cədvəli yükdək azad olacaq və nəticədə fransalı hücumçu ilə müqavilə bağlanılacaq.

"Barselona"da hesab edirlər ki, "Yuventus" Qrizmannı sonradan birdəfəlik ala bilməsi şəri ilə heyətinə qatacaq.

Qeyd edək ki, Antuan Qrizmann daha əvvəl 2014 - 2019-cu illərdə "Atletiko"nun formasını geyinib. 30 yaşlı hücumçu ötən mövsüm 51 oyuna 20 qol və 13 məhsuldar ötürmə müəllifi olub.

Milli.Az


Etiketlər:  Qrizmann Yuventusda Ronaldunu əvəzləyə bilər


RƏYLƏR