Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan Tacikistana 1,5 milyon doza vaksin göndərilib

ABŞ-dan Tacikistana 1,5 milyon doza vaksin göndərilib

Tarix: 26 Iyul 2021 23:48

Bu gün Amerika Birləşmiş Ştatlarından Tacikistana humanitar yardım kimi koronavirus əleyhinə 1,5 milyon doza "Moderna" vaksini göndərilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Düşənbə Beynəlxalq hava limanında vaksini bu ölkənin Baş nazirinin müavini Matlubaxon Sattoriyen və UNİCEF-in Tacikistandakı nümayəndəsi Usama Makak qəbul ediblər.

Nazirliyin məlumatında bildirilir ki, bu vaksinlərlə ölkə əhalisinin 750 min nəfəri peyvənd olunacaq.

Bu il ölkə əhalisinin 18 yaşdan yuxarı olan 62 faizinin, yəni 5,8 milyon adamın peyvənd edilməsi nəzərdə tutulur.


Etiketlər:  ABŞ Tacikistana milyon doza vaksin göndərilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ