Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2021 01:05
Aparıcı Zümrüd Bədəlova "Onun sirri" proqramının növbəti qonağı olub. O, həyat yoldaşından boşanmasının səbəblərini açıqlayıb. Aparıcıya ailəsinin dağılmasına səbəb olan şəxslərdən birinin adı yazılan kağız təqdim olunub.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, o, sözügedən adamın adını çəkmədən bunları söyləyib:
"Övladım bu verilişi izləyəcək deyə ad çəkə bilmirəm. Amma hansısa qadın ailəsinin dağılmasını istəməz. Orada mütləq üçüncü şəxs olur. Mənim boşanmamda isə dördüncü, beşinci, altıncı və saysız şəxslər rol oynadı.
Keçmiş həyat yoldaşımla yaxınlarımızın istəyi, əməlləri, pis niyyətləri, ailəmi dağıtmaq mücadilərinin nəticəsində boşandıq. Suala cavab verərəm, lakin qızım izləyir. O, kağızda adı yazılan adamın xətrini çox istəyir. Ona görə də sualıcavablandıra bilmərəm.
Bircə onu bilin ki, kiminsə sizin pisliyinizi düşünməsi belə kifayət edir. Təmizsənsə, onun pis niyyəti səni tutur. O pis duaların,qarğışların hamısı mənə təsir etdi. Kiməsə nəsə etmədim.
Sakitcə ailə qurub, buralardan çıxıb getdim. Həmin insanlar ikinci övladımın dünyaya gəlməsinin də qarşısını aldılar. Nəinki mənim, keçmiş həyat yoldaşımın da həyatını məhv etdilər. Ümid edirəm ki, kağızda yazılan adam da, onun ətrafı da mənə yaşatdıqlarının ikiqatını yaşayacaqlar".