Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2021 13:10
İstanbulda toydan sonra bəylə gəlinin qohumları arasında mübahisə cinayətlə nəticələnib.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, iki ailənin mübahisəsi zamanı ayağından güllə yarası alan gəlinin atası ardınca kürəkənini, bəyin əmisini və onun oğlunu silahla öldürüb. Təcavüzkar qayınata xəstəxanaya aparılıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb. Məlumata görə, onların problemi toyda başlayıb.
Toydan sonra isə gəlin Hatice Giray əri ilə dalaşaraq evlərinə gedib. Ər Berk Giray da həyat yoldaşı ilə barışmaq üçün atası, əmisi və əmisi oğlunu da götürüb onlara gedib. Evin qarşısındakı mübahisə zamanı qızın atası Mürsel Ağrı Mürsel Ağrı ayağından güllə yarası alıb. Bu zaman Ağrı kürəkənini, onun əmisi və oğlu olduğu öyrənilən şəxsi güllələyərək öldürüb. Dəhşətin yaşandığı küçəyə gələn plis hadisə yerində 3 cəsəd müəyyən edib.
Kamran Seyidov