Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tokio-2020: Azərbaycan millisinin 19 idmançısı yarışla vidalaşıb

Tokio-2020: Azərbaycan millisinin 19 idmançısı yarışla vidalaşıb

Tarix: 28 Iyul 2021 17:50

Azərbaycan millisinin daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni başa vurub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, cüdoçu Məmmədəli Mehdiyev 1/8 finalda məğlub olub.

Badmintonçu Edi Reski Dviçahyo da Tokio ilə vidalaşıb. Qrup mərhələsinin ikinci oyununda məğlubiyyət onu 2-ci pillədə saxlayıb. Bu, 1/8 finala vəsiqə üçün yetərli olmayıb.

Bu gün mübarizəyə qoşulan boksçu Alfonso Dominqes turnirə qələbə ilə başlayıb. O, qalib gələrək 1/4 finala yüksəlib.

Bununla da Olimpiya Oyunları ilə vidalaşan milli üzvlərinin sayı 19-a çatıb. Yığmamızın 4 təmsilçisi mübarizəni davam etdirirsə, digər 21 idmançı start vaxtını gözləyir.

Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.

1. Kəramət Hüseynov (cüdo, 60 kq) - 1/8 finalda uduzub
2. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda uduzub
3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) - finişə çata bilməyib
4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) - 26-cı yer
5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) - 30-cu yer
6. Tayfur Əliyev (boks, 57 kq) - 1/16 finalda uduzub
7. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda uduzub
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) - 45-ci yer
9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) - 70-ci yer
10. Orxan Səfərov (cüdo, 66 kq) - 1/16 finalda uduzub
11. Emin Cəfərov (stend atıcılığı, skit) -26-cı yer
12. Anna Başta (qılıncoynatma, sablya) - 1/8 finalda uduzub
13. Fəridə Əzizova (taekvondo, 67 kq) - 1/8 finalda uduzub
14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) - 1/4 finalda uduzub
15. Rostislav Pevtsov (triatlon) - 41-ci yer
16. Rüstəm Orucov (cüdo, 73 kq) - 5-ci yer
17. Murad Fətiyev (cüdo, 81 kq) - 1/8 finalda uduzdu
18. Məmmədəli Mehdiyev (cüdo, 90 kq) - 1/8 finalda uduzub
19. Edi Reski Dviçahyo (badminton) - qrupda qalıb
20. Ruslan Lunyov (güllə atıcılığı) - 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma
21. Məhəmməd Abdullayev (boks, +91 kq) - 1/8 finala yüksəlib
22. Cavid Çələbiyev (boks, 63 kq) - 1/8 finala yüksəlib
23. Alfonso Dominqes (boks, 81 kq) - 1/4 finala yüksəlib
24. Zelim Kotsoyev (cüdo, 100 kq)
25. Uşanqi Kokauri (cüdo, +100 kq)
26. İrina Kindzerskaya (cüdo, +78 kq)
27. Anna Skidan (atletika, çəkicatma)
28. Nazim Babayev (atletika, üç təkanla tullanma)
29. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)
30. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)
31. Turan Bayramov (sərbəst güləş, 74 kq)
32. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)
33. Elis Manolova (qadın güləşi, 68 kq)
34. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)
35. Hacı Əliyev (sərbəst güləş, 65 kq)
36. Mariya Stadnik (qadın güləşi, 50 kq)
37. Şərif Şərifov (sərbəst güləş, 97 kq)
38. Firdovsi Fərzəliyev (karate, 67 kq)
39. Rafael Ağayev (karate, 75 kq)
40. İrina Zaretska (karate, +61 kq)


Etiketlər:  Tokio 2020 Azərbaycan millisinin idmançısı yarışla vidalaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ