Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samuxda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb - FOTO

Samuxda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb - FOTO

Tarix: 28 Iyul 2021 23:44

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Ziyadlı, Çobanabdallı kəndlərində və Qarayeri qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Bundan başqa rayon ərazisində fəliyyət göstərən "Sərinim" və "Paris" şadlıq saraylarında keçirilən toy mərasiminə olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 45 nəfər restorana buraxılmayıb.

Milli.Az


Etiketlər:  Samuxda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb FOTO


RƏYLƏR