Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə yanğında bir nəfər ölüb

Türkiyədə yanğında bir nəfər ölüb

Tarix: 29 Iyul 2021 10:40

Türkiyənin Antalya vilayətinin Manavgat rayonunun davam edən yanğında 82 yaşlı qoca evində yanaraq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib.

Nazir deyib ki, Manavqat rayonunun Oymapınar kəndində yanğından 10 nəfər təhlükəli vəziyyətdədir.

B.Pakdemirli Türkiyənin müxtəlif yerlərində davam edən yanğında Antalyanın 18 kənd və məhəlləsi, Adananın 11 kəndi, Mersinin isə 5 kəndi təhükəsizlik məqsədilə boşaldılıb.

Qeyd edək ki, dünəndən Türkiyənin Adana, Osmaniye, Kayseri və Mersin vilayətlərində yanğnlar baş verib. Ankaranın Polatlı rayonunda isə Topçu və Raket Məktəbi Komandanlığı yaxınlığında məqsədli şəkildə törədilən yanğının qarşısı alınıb.

Nazir ölkənin müxtəlif yerlərində baş verən yanğınların məqsədli törədildiyini istisna etməyib. "Yanğını alovlandıra biləcək hər cür səbəb ola bilər. Eyni zamanda, başlaması düşündürücü, deyilmi? Bu səbəblər daha sonra ortaya çıxa bilər" deyə nazir bildrib.

B.Pakdemırlı baş verən yanğın faktları ilə bağlı araşdırma başlandığını deyib.

Milli.Az


Etiketlər:  Türkiyədə yanğında nəfər ölüb


RƏYLƏR