Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi Vaşinqtondan Azərbaycanla Ermənistana çağırış

Rəsmi Vaşinqtondan Azərbaycanla Ermənistana çağırış

Tarix: 29 Iyul 2021 12:40

ABŞ sərhəddə vəziyyətin deskalasiyası üçün Azərbaycan və Ermənistanı dərhal tədbirlər görməyə çağırır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu məlumat ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Praysın bəyanatında yer alıb.

"ABŞ Azərbaycan və Ermənistan arasında sərhəddə zorakılığın artması halını qınayır. Hər iki ölkəni vəziyyətin deskalasiyası üçün dərhal tədbirlər görməklə atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq", - deyə Ned Prays bildirib.

Onun sözlərinə görə, sərhəddə davam edən gərginliklər göstərir ki, bütün həll olunmayan məsələlərə aid olan hərtərəfli həll yolu hər iki ölkə arasında münasibətləri normallaşdıra və region sakinlərinə birlikdə dinc şəkildə yaşamağa imkan verə bilər. 

"ABŞ münaqişənin siyasi yolla uzunmüddətli həlli üçün Azərbaycanla Ermənistanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mümkün olan tez bir zamanda substantiv danışıqlara qayıtmağa çağırır", - deyə bəyanatda bildirilib.


Etiketlər:  Rəsmi Vaşinqtondan Azərbaycanla Ermənistana çağırış


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ