Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2021 11:42
Qardaş Türkiyənin müxtəlif bölgələrində baş verən meşə yanğınları və onların törətdiyi fəsadlar hər bir Azərbaycan vətəndaşını da kədərinə səbəb olub.
Sonxeber.net xəbər verir ki, əksər media vasitələrində qardaş ölkəni ağuşuna alan yanğınlarla bağlı xəbərlər yerləşdirilir, faciə ilə bağlı Türkiyəyə dəstək nümayiş etdirilir. Azərbaycan əmindir ki, Türkiyə hökumətinin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcək.
Sonxeber.net kollektivi olaraq dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına allahdan səbir diləyirik.