Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2019 19:48
"Faiz olaraq nə dərəcədə hazır olduğumuzu deyə bilmərəm, amma çox yaxşı komandamız var".
Qol.az-ın məlumatına görə, bunları Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi deyib.
O, sabah inamla oynayacaqlarını bildirib: "İki qol vurmalıyıq. Ümumilikdə 4 məşqimiz olub. Futbolçulardan razıyam. Təəssüf ki, onlar ilk görüşdə bacardıqlarını tam şəkildə nümayiş etdirə bilməyiblər. : "Önəmli olan daha yaxşı oynamaqdır. Sabah fərqli mübarizə aparmalıyıq. Futbolçularla bu barədə danışmışam. Hesab edirəm ki, bizim də şansımız var. Çox güclü komandaya qalib də gələ bilərik".
Doll söyləyib ki, heyətdəki bəzi itkilər komandanın oyununa təsir etməməlidir: "Əsas inamdır. Futbolda zədələrin olması normaldır. Çox yaxşı heyətimiz var. Ona görə də itkilərin öhdəsindən gələcəyik. Əlimizdəki futbolçularla nəsə etməyə çalışacağıq. Emosiyanal adamam. Ona görə referi məni texniki zonadan uzaqlaşdıra da bilər (gülür). Ancaq artıq 53 yaşım var, nisbətən sakitləşmişəm. İlk matça baxmışam. Bəzi məqamaları müşahidə etdim. Sabah daha çox şanslar yaradacağıq. Uşaqlar nə etmək lazım olduğunu bilirlər".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:30-da başlayacaq. "Qarabağ" Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.