Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Brilliant xanım icazə vermədi, mən də küsdüm''

''Brilliant xanım icazə vermədi, mən də küsdüm''

Tarix: 31 Iyul 2021 04:35

Xalq artisti Brilliant Dadaşova ilə müğənni Günel Zeynalova barışıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  bu haqda Günel "7 Canlı" verilişində deyib. O bildirib ki, aralarında anlaşılmazlıq yaşanıb:

"Brilliant Dadaşova ilə barışdım. "Maç-maç" mahnısı üstündə mübahisəmiz olmuşdu. Onu oxumaq istəyirdim ki, Brilliant xanım da icazə vermədi. Mən də küsdüm. Sonra mənə izah etdi ki, Türkiyədə bir şirkətlə müqavilə imzalayıb. Bir il həmin mahnını heç kim oxuya bilməzdi. Mən də barışdım".

Qeyd edək ki, B.Dadaşova özü də bir müddət əvvəl Türkiyədə bir şirkətin reklam çarxında mahnısının yayımlandığını, bunun üçün Günelə oxuma qadağası qoyduğunu açıqlamışdı. O bildirib ki, həmin şirkətdən qazandığı pulla İstanbulda ev alıb.


Etiketlər:  Brilliant xanım icazə vermədi mən küsdüm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ