Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti dəyişdi

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti dəyişdi

Tarix: 31 Iyul 2021 10:28

Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib.

Milli.Az-ın məlumatına görə, "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli oxu.az-a açıqlamasında bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində "Aİ-95" premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.  

O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır: "Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub". 

Qeyd edək ki, sonuncu dəfə "Aİ-95" premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu.

Milli.Az


Etiketlər:  Azərbaycanda 95 markalı benzinin qiyməti dəyişdi


RƏYLƏR