Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada son 4 gündə rekord yoluxma

Yaponiyada son 4 gündə rekord yoluxma

Tarix: 1 Avqust 2021 10:14

Hazırda Yay Olimpiya Oyunlarının keçirildiyi Yaponiyada son bir gündə 12 342 koronavirusa yoluxma hadisəsi təsdiqlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, son ardıcıl 4 günün statistikası rekord həddi yeniləyib.

Belə ki, çərşənbə günü 9576, cümə axşamı 10 699, cümə günü 10 743 yoluxma hadisəsi qeydə alınıb.

Şənbə günü Tokioda da yoluxma sayında (4 058 nəfər) anti-rekord müşahidə edilib.

Yaponiya hökuməti epidemioloji vəziyyətinin pisləşməsini "delta" ştammının yayılması ilə izah edir.

Qeyd edək ki, Tokioda karantin rejim avqustun 31-dək uzadılıb.

Milli.Az


Etiketlər:  Yaponiyada gündə rekord yoluxma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ