Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Birləşmiş Ərəb Əmirliklərində atmosferdən su təmin edən ilk layihə həyata keçirilir - FOTO

Birləşmiş Ərəb Əmirliklərində atmosferdən su təmin edən ilk layihə həyata keçirilir - FOTO

Tarix: 1 Avqust 2021 21:40

Dünyada ilk dəfə atmosferdən dayanıqlı su təchizatını həyata keçirəcək layihəyə start verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Məsdər rayonunda ABŞ-ın AQUOVUM texnoloji şirkəti ilə birlikdə pilot layihənin reallaşdırılmasına başlanılır.

Əbu-Dabidə keçirilən mətbuat konfransında bildirilib ki, bərpaolunan enerji mənbələri hesabına işləyəcək atmosfer su generatorları unikal keyfiyyətə malikdir. Termal enerji vasitəsilə havadan su təmin edəcək bu generatorlar hesabına dayanıqlı su təchizatı mümkün olacaq. Eyni zamanda, karbon qazı emissiyasının qarşısını alacaq yeni innovativ texnologiya nümunəsi BƏƏ-də həyata keçirilən yaşıl iqtisadiyyata da töhfə olacaq.

Yeni layihəni texnologiyada inqilab kimi qiymətləndirən "Global Market Insight" təşkilatı bəyan edib ki, bu generatorların tezliklə dünyada, xüsusən su problemləri olan Yaxın Şərq və Afrikada quraşdırılması içməli suya olan tələbatın təmin edilməsində mühüm rol oynayacaq.

Atmosfer su generatorlarının bir ildən sonra sınaqdan keçirilməsi və istifadəyə verilməsi nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  Birləşmiş Ərəb Əmirliklərində atmosferdən təmin edən layihə həyata keçirilir FOTO


RƏYLƏR