Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Taksidə şou göstərən sərnişini və sürücünü hansı cəza gözləyir?

Taksidə şou göstərən sərnişini və sürücünü hansı cəza gözləyir?

Tarix: 2 Avqust 2021 19:56

Bakıda taksidə selfi çəkən gənc özünün və yoldakı digər şəxslərin həyatına təhlükə yaradıb. Avtomobilin hərəkətdə olmasına baxmayaraq, bir gənc mindiyi taksinin qabaq pəncərəsini tam açıb  bədənini çölə çıxararaq selfi edib. Görüntüləri izləyən ekspertlər deyir ki, bu ciddi qayda pozuntusudur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, avtomobil hərəkətdə olduğu halda qabağ yan şüşəsindən çölə çıxıb selfi edir.

Hadisə gecə saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində olub. Hadisənin şahidi olan şəxslərdən biri həmin anı çəkərək sosial şəbəkələrdə paylaşıb. Kadrlardan aydın olur ki, mindiyi taksinin qabaq pəncərəsini tam açaraq bədənini çölə çıxaran gənc selfi çəkməyə çalışıb.

Avtomobilin hərəkətdə olmasına baxmayaraq, həm özünün, həm də yoldakı digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan həmin şəxs bir əli ilə telefonu tutaraq nəhayət ki, foto çəkib. Görüntüləri izləyən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, həmin gəncin hərəkətləri kobud qayda pozuntusudur.

Belə qayda pozuntularının cəriməsi o qədər də yüksək olmadığından ekspert təklif edir ki, bu cür qayda pozuntularına yol verərək cəmiyyətə pis örnək olan şəxslər cərimə olunmaqla yanaşı həm də ictimai işlərə cəlb edilsinlər.

Sözügedən gənc bu şəkildə uzun müddət yol qət etsə də, heç kim ona kənardan müdaxilə etməyib. Maraqlısı bundadı ki, ''99-PD-359'' dövlət nömrə nişanlı avtomobilin sürücüsü də həmin şəxsin bu hərəkətinə göz yumur. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları artıq həmin şəxslərin saxlanması istiqamətinə axtarış aparırlar. Sürücü və yanındakı sərnişin aşkar edilən kimi inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.

Milli.Az


Etiketlər:  Taksidə şou göstərən sərnişini sürücünü hansı cəza gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ