Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

30 milyon avro verirlər – AÇ-2020-nin çempionu üçün

30 milyon avro verirlər – AÇ-2020-nin çempionu üçün

Tarix: 3 Avqust 2021 14:54

"Torino"nun və İtaliya milli komandasının futbolçusu Andrea Belotti karyerasını Rusiyada davam etdirə bilər.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, "Zenit" 27 yaşlı hücumçunu transfer etmək niyyətindədir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Sankt-Peterburq təmsilçisinin "Torino" ilə 30 milyon avro qarşılığında razılaşdığı bildirilib.

Belottinin "Torino" ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Hücumçunun "transfermarkt"da dəyəri 35 milyon avrodur.

Belotti İtaliya yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub.

Milli.Az


Etiketlər:  30 milyon avro verirlər 2020 nin çempionu üçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ