Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bəyəm mən yüz manatlıq aktrisayam?"

“Bəyəm mən yüz manatlıq aktrisayam?

Tarix: 3 Avqust 2021 18:30

"Bəyəm mən yüz manatlıq aktrisayam? Dünən sənətə gələn aktrisaya da, mənə də o qiymət verilsin. Bu düzgün deyil".

Milli.Az xəbər verir ki, bunu tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova yenicag.az-a açıqlamasında yeni çəkilən seriallarda görünməməsinin səbəblərindən danışarkən deyib.

Aktrisa sənətdən xəbəri olmayanların ssenari yazdığını, serial çəkdiyini təəssüf hissi ilə bildirib:

"Məni əvvəllər seriallara dəvət edirdilər. İmicimi dəyişəndən sonra isə nədənsə dəvət etmirlər. Bilmirəm niyə, bəlkə xarici görünüşüm dəyişib ona görə, amma daxilim həmin daxildir.

Dəvət edəndə də onlardan konkret məbləğdə qonorar istəyirəm və deyirəm ki, mənə reklam lazım deyil. Mən yüzmanatlıq aktrisayam? Dünən sənətə gələn aktrisaya da , mənə də o qiymət verilsin..? Bu güzgün deyil. Belə problemlər olduğuna görə, artıq heç bir dəvəti qəbul etmirəm. Demişəm ki, mənə buna görə zəng etməyin. Nə ssenari ssenaridir, nə də keyfiyyət qənaətbəxşdir. Kinodan xəbəri olmayan dünənki uşaqlar oturub ssenari yazırlar; üç badam bir qoz. Sonra da sənətdən xəbəri olmayan serial çəkir. Təbii ki, bunu hamısına aid etmirəm. Bizim yaş təbəqəsindən olan rejissorların çoxu rəhmətə gedib. Kim də sağdır, Allah cansağlığı versin. Onların dəvətini gözləyirəm. Dəvət etsələr, böyük məmnuniyyətlə kinostudiyanın çəkdiyi filmlərə və eyni zamanda seriallara çəkilərəm. Mənə uyğun rol gözləyirəm".

Milli.Az


Etiketlər:  Bəyəm mən yüz manatlıq aktrisayam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ