Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2021 21:42
Qaraciyər yağlanması son zamanlar yeyilən keyfiyyətsiz qidalar səbəbindən daha da artıb.
Mütəmadi olaraq yaşanan baş ağrıları, yorğunçuluq, vücudda daimi olaraq çıxan sızanaqlar, dəridə yaranan yağlanma qaraciyər yağlanmasının vacib əlamətləri sırasında yer alır.
Qaraciyər yağlanmasını yox edən qidaları təqdim edirik:
Alma - Mütəxəssislər bildirirki, yaşıl alma qandakı şəkər səviyyəsini aşağı salır. Bu meyvə antioksidan cəhətdən olduqca zəngindir. Bu qaraciyər detoksu üçün məlhəmdir.
Limon suyu - Tərkibindəki antioksidantlar sayəsində qaraciyər detoksu üçün hər zaman çox ideal seçimdir. Hər dəfə su içəndə stəkanın içinə limon dilimini atın.
Qatıq qaraciyərin piylənməsinin qarşısını alan ən yaxşı vasitələrdən biridir.
Qreypfurt - Araşdırmalara görə, yeməklərdən öncə yarım qreypfurt yesəniz kilo verməyinizə yardım edəcək. Eyni ilə limon kimi bu meyvə də qaraciyəriniz üçün olduqca faydalı meyvədir.
Avokado vücudda toplanan zərərli yağ asidlərini yox edərək, qaraciyər yağlanması problemi ilə mübarizə apara bilərsiniz. Nəzərinizə çaydıraq ki, gündə 1 dənədən artıq yeməyiniz məsləhət deyil.