Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroliqa: “Qalatasaray” Şotlandiya klubu ilə bacarmadı

Avroliqa: “Qalatasaray” Şotlandiya klubu ilə bacarmadı

Tarix: 6 Avqust 2021 07:30

Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Çempionlar Liqasında mübarizəni dayandıran "Qalatasaray" qitənin ikinci dərəcəli klub turnirində ilk sınağına çıxıb. İstanbul təmsilçisi evdə Şotlandiya "Sent Conston"u ilə heç-heçə edib.

Şotlandiyanın digər təmsilçisi "Seltik" isə Çexiyada "Yablonets"lə üz-üzə gəlib və inamlı qələbəyə sevinib. Kipr klublarından "Omoniya" evdə Estoniya "Flora"sını minimal hesabla üstələyibsə, "Anortosis" Avstriyada "Rapid"ə böyük hesabla uduzub.

Qeyd edək ki, 3-cü mərhələnin cavab oyunları avqustun 12-də baş tutacaq.

Avropa Liqası
III təsnifat mərhələsinin ilk oyunları
5 avqust

Yablonets (Çexiya) - Seltik (Şotlandiya) 2:4

Linkoln (Cəbəllütariq) - Slovan (Bratislava, Slovakiya) 1:3

Omoniya (Kipr) - Flora (Estoniya) 1:0

Qalatasaray (Türkiyə) - Sent Conston (Şotlandiya) 1:1

Mura (Sloveniya) - Jalgiris (Vilnüs, Litva) 0:0

Rapid (Vyana, Avstriya) - Anortosis (Kipr) 3:0

Milli.Az


Etiketlər:  Avroliqa Qalatasaray Şotlandiya klubu ilə bacarmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ