Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2021 21:50
"FESCO" nəqliyyat qrupu "FESCO Arctic Line" (FAL) xətti konteyner xidməti çərçivəsində Çin və ABŞ limanlarından Çukotkaya mövsümi yük daşımalarına başlayıb.
Sonxeber.net seanews.az-a istinadən bildirir ki, ilk gəmi avqustun 1-də Taysan (ÇXR) - Provideniya - Pevek - Provideniya - Yantay (ÇXR) marşrutu ilə yola düşüb. Gəmi 14 min tondan çox yük aparır.
Xəttin istismarı "FESCO Ulysses" və "FESCO Paris" çoxfunksiyalı buz sinifli gəmilər tərəfindən təmin ediləcək və iyuldan oktyabr ayınadək dörd səfərdə təxminən 45 min ton yük daşınacaq.
Gəmilər Çində Sindao, Taysan və Yantay, ABŞ-da - Everett, Rusiya Federasiyasının Uzaq Şərqində - Provideniya, Pevek, Vladivostok və Vostoçnıy xətt limanlarına daxil olacaqlar.