Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 12:50
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir həftədə daha 521 şəxsə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər təqdim edilib.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, verilmiş aktivlər hesabına onlar kiçik müəssisə və təsərrüfatlarını yaradıblar.
Həmin şəxslərdən əksəriyyəti şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, o cümlədən Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsinin qaziləridir.
Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunub. Təlimləri uğurla başa vuran şəxslər kiçik təsərrüfatlarını qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.
Hazırda da proqram iştirakçılarının təlimlərə cəlb edilməsi və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərlə təminatı prosesi davam edir.