Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qum hamamı" bərpa olunub - VİDEO

Tarix: 9 Avqust 2021 13:54

Torpağın altında qalan hamam baxımsız vəziyyətdə idi

Milli.Az Real TV-ə istinadən bildirir ki, Sabunçu rayonun Maştağa qəsəbəsində yerləşən "Qum hamamı"bərpa olunub.

Bir müddət əvvəl hamamın çox hissəsi torpağın altında qalmışdı və baxımsız vəziyyətdə idi. Ətrafda zibil qutuları olmadığı üçün sakinlər məişət tullantılarını bura atırdılar. Amma hazırda "Qum hamamı"nın əvvəlki vəziyyətindən əsar-əlamət qalmayıb.Zibil tullatıları ilə çirkləndirilən hamamın yeri görkəmi göz oxşayır.Ağanəcəf Qədirovun sözlərinə görə, hamamın, ümumiyyətlə qədim abidələrin yenidən qurulması dövlətçiliyimizin qədimliyinin bərpası deməkdir.

Qeyd edək ki, "Qum hamamı" 1920-ci illərin əvvəllərində qum altında aşkar edilib və cuzi təmirdən sonra istifadəyə verilib. Hamam kəhrizin üzərində tikilib. Su isti qumun altından çıxdığına görə "Qum hamamı"adlanır.

Milli.Az


Etiketlər:  Qum hamamı bərpa olunub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ