Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın şahmatçılarımız Avropa çempionatında mübarizəyə başladı

Qadın şahmatçılarımız Avropa çempionatında mübarizəyə başladı

Tarix: 9 Avqust 2021 14:08

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı start götürür.

Milli.Az xəbər verir ki, qitə birinciliyində 29 ölkədən 117 şahmatçı iştirak edəcək.
Ölkəmizi Avropa çempionatında 10 şahmatçı - Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Zeynəb və Türkan Məmmədyarova bacıları, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla, Ayan Allahverdiyeva və Nəsrin Babayeva təmsil edəcək.

Bu gün çempionatın ilk turunun oyunları keçiriləcək. Şahmatçılarımız Günay Məmmədzadə Mariya Qevorgyan (Ermənistan), Gülnar Məmmədova Stella Sankova (Slovakiya), Xanım Balacayeva Ayan Allahverdiyeva, Türkan Məmmədyarova Ronit Levitan (İsrail), Gövhər Beydullayeva Petronella Parasçiv (Rumıniya), Zeynəb Məmmədyarova Diana Mirza (İtaliya), Nəsrin Babayeva Miruna Lehaçi (Rumıniya), Xəyalə Abdulla Aureliana Pancu (Rumıniya), Ülviyyə Fətəliyeva Stefani Matasaru (Rumıniya) ilə oynayacaq.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə 60 min avro təşkil edir.

Milli.Az


Etiketlər:  Qadın şahmatçılarımız Avropa çempionatında mübarizəyə başladı


RƏYLƏR