Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Artıq bunun üçün gecikmişik'' - Sərt karantin rejimi olacaq?

''Artıq bunun üçün gecikmişik'' - Sərt karantin rejimi olacaq?

Tarix: 9 Avqust 2021 17:40

"Yoluxma sürətlə artır".

Bunu Sonxeber.net-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

O bildirib ki, insanlarımıza əgər vaksin vurdurmayıblarsa, qısa zaman müddətində vaksinasiya olunmaqları məsləhət görülür:

"Delta" ştammının Azərbaycanda ilk müəyyən edildiyi vaxtlardan da qeyd etmişdik ki, 10-14 gün sonra yoluxanların sayında artım müşahidə olunacaq. Konkret olaraq onu deyim ki, vaksinasiya olunanlar arasında reanimasiyaya yatış və xəstəxanaya yatış ehtiyacını çox az görürük. Bu, bir tərəfdən müsbət haldır ki, vaksinasiya xəstənin ağırlaşmaması baxımından effekt verib. Amma onu da qeyd etməliyik ki, vaksinasiya xəstəliyin yoluxma sürətinin qarşısını ala bilməyəcək. Çünki vaksinasiya qısa müddətdə daha çox insana vaksin vurulduğu halda qarşısını ala bilərdi. Artıq bunun üçün gecikmişik.

Bundan sonra hədəfimiz vaksinasiya etməklə insanları bu xətəliyin ağırlaşmalarından qorumaqdır. Yəni xəstəxanaya yatış ehtiyacı az olduqca, intensiv terapiya şöbələrində yatış ehtiyacı, tələbat az olduqca qapanmalardan qaça bilərik. Amma sərt karantin rejiminin tətbiq olunmaması o demək deyil ki, bu ştamm daha az yoluxdurucudur və yaxud da ki, daha az ağırlaşmalara səbəb olur. Xeyr, tam əksinə! Biz "Delta" ştammın yoluxdurucu olmasını və yoluxanlar arasında ağırlaşmalar müşahidə olunduğunu görürük. Ona görə də insanlarımıza əgər vaksin vurdurmayıblarsa, qısa zaman müddətində vaksinasiya olunmaqları məsləhət görülür".

Təhməz Əsədov


Etiketlər:  Artıq bunun üçün gecikmişik Sərt karantin rejimi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ