Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2019 14:28
Bakı. Cani Babayeva - Trend:
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə 20.650 xalla birinci yeri belaruslu gimnast Anastasiya Salos qazanıb.
Trend-in məlumatına görə, ikinci yerdə Arina Averina (Rusiya, 20.600), üçüncü yerdə Dina Averina (Rusiya, 20.250) qərarlaşıb.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.
Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin