Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 22:50
Malidə 51 dinc sakin radikal islamçılar tərəfindən qətlə yetirilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, insident Malinin Niger ilə sərhəd olan 3 kəndində baş verib.
Agentliyin məlumatına görə, kəndlərin üzərinə hücum avqustun 8-i axşam saatlarında eyni vaxtda həyata keçirilib.
"AFP" agentliyinin məlumatına görə isə burada söhbət Karu, Uataquna və Dauteqeft kəndlərindən gedir.
Qeyd edək ki, bu hücumun həyata keçirildiyi ərazidə "İslam Dövləti" terror təşkilatının tərkibinə daxil olan "Böyük Saharada İslam Dövləti" və "Ansar ül-İslam" qruplaşmalarının yaraqlıları fəaliyyət göstərir.