Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhrəman şəhidimiz Emil İsgəndərov - VİDEO

Qəhrəman şəhidimiz Emil İsgəndərov - VİDEO

Tarix: 11 Avqust 2021 02:36

Vətən müharibəsində canını fəda etmiş qəhrəman hərbçilərimizdən biri də Emil İsgəndərov olub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsində iştirak edən gizir Emil İsgəndərov Cəbrayıl, Qubadlı və  Hadrut istiqamətində gedən döyüşlərə qatılaraq qəhrəmancasına döyüşüb.

Son əməliyyatı isə Şuşa şəhərinin düşməndən azad olunması uğrunda gedən döyüşlər olub. O, bu döyüşlərdə qolundan iki güllə yarası alıb. Lakin yaralanmasına baxmayaraq, döyüş yoldaşları ilə çiyin-çiyinə döyüşü sona qədər davam etdirib. Şuşa şəhəri yaxınlığında minaatan mərmisinin düşməsi ilə sol ayağından ağır yaralanıb. Döyüş yoldaşlarının səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb...

Daxili Qoşunların Xüsusi təyinatlı dəstəsinin giziri, şəhid Emil İsgəndərovun Sumqayıtda yaşadığı binaya barelyefi  vurulub. Açılış mərasimində şəhidin doğmaları ilə yanaşı, hərbiçi yoldaşları da iştirak edib. O, ölümündən sonra "Vətən uğrunda" və " Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Qəhrəman şəhidimiz Emil İsgəndərov VİDEO


RƏYLƏR