Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmzalı ayaqqabısı hərraca çıxarıldı - FOTO

İmzalı ayaqqabısı hərraca çıxarıldı - FOTO

Tarix: 11 Avqust 2021 05:10

Ötən il Los-Ancelesdə helikopter qəzasında qızı Cianna ilə birlikdə həlak olan əfsanəvi basketbolçu Kobe Brayantın ayaqqabısı hərraca çıxarılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mərhum basketbolçu sözügedən ayaqqabını ilk dəfə 3 noyabr 1996-cı ildə Amerika Milli Basketbol Assosiasiyasının (NBA) yarışında geyinib. O, 44 ölçülü "Adidas" markasından olan ayaqqabını matçın sonunda pərəstişkarlarından birinə hədiyyə edib. Həmin şəxs bir neçə ildən sonra Kobeni hotel çıxışında tutaraq ayaqqabıları ona imzaladıb.

O hazırda imzalı ayaqqabını "Gotta Have Rock And Roll" onlayn auksion saytında satışa qoyub. Ayaqqabının minimum satış qiyməti 100 min dollardır. Hərracda bu qiymətin 500 min dollara qədər çıxacağı gözlənilir.

Milli.Az


Etiketlər:  İmzalı ayaqqabısı hərraca çıxarıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ