Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: Mahirli “Legiya” mübarizəni dayandırdı

Çempionlar Liqası: Mahirli “Legiya” mübarizəni dayandırdı

Tarix: 11 Avqust 2021 07:32

Futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" doğma meydanda Zaqreb "Dinamo"su ilə qarşılaşıb. Komandalar arasında Xorvatiyada baş tutan ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyununda minimal hesabla uduzan Polşa çempionu mübarizəni dayandırıb. Matça start heyətdə başlayan Mahir isə 56-cı dəqiqədə əvəzlənib.

"Liverpul"un sabiq futbolçusu Stiven Cerrardın baş məşqçilik etdiyi "Reyncers" (Şotlandiya) İsveç "Malmö"sü ilə qarşılaşıb. Komandalar arasındakı ilk matçda İsveç təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. Bu dəfə oxşar hesabla üstün olan sözügedən komanda növbəti mərhələyə yüksəlib.

Fransanın "Monako" komandası "Sparta" (Çexiya) ilə üz-üzə gəlib və sevinən tərəf olub. Portuqaliyanın "Benfika" komandası isə Moskva "Spartak"ını yenə inamlı hesabla üstələyib.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsinin cavab oyunları
10 avqust

Slaviya (Praqa, Çexiya) - Ferentsvaroş (Macarıstan) 1:0
İlk oyun - 0:2

Şerif (Moldova) - Srvena Zvezda (Serbiya) 1:0
İlk oyun - 1:1

Şaxtyor (Donekts, Ukrayna) - Genk (Belçika) 2:1
İlk oyun - 2:1

Monako (Fransa) - Sparta (Çexiya) 3:1
İlk oyun - 2:0

Midtyulland (Danimarka) - PSV (Niderland) 0:1
İlk oyun - 0:3

Ludoqorets (Bolqarıstan) - Olimpiakos (Yunanıstan) 2:2 (penaltilər 4:1)
İlk oyun - 1:1

Yanq Boyz (İsveçrə) - ÇFR Kluj (Rumıniya) 3:1
İlk oyun - 1:1

Benfika (Portuqaliya) - Spartak (Moskva, Rusiya) 2:0
İlk oyun - 2:0

Reyncers (Şotlandiya) - Malmö (İsveç) 1:2
İlk oyun - 1:2

Legiya (Polşa) - Dinamo (Zaqreb, Xorvatiya) 0:1
İlk oyun - 1:1.

Milli.Az


Etiketlər:  Çempionlar Liqası Mahirli Legiya mübarizəni dayandırdı


RƏYLƏR