Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' tarixə düşən türk futbolçunu transfer edir

''Barselona'' tarixə düşən türk futbolçunu transfer edir

Tarix: 11 Avqust 2021 10:02

Lionel Messi ilə yollarını ayıran "Barselona" türk futbolçu transfer edir.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Spor"un şərhçisi Barış Yurduseven məlumat yayıb. Onun sözlərinə görə, Kataloniya klubu Emre Demirin transferi üçün "Kayserispor"la prisipial anlaşma əldə edib. 

"Kayserispor"un prezidenti Berna Gözbaşı isə Emre Demirin satışı ilə bağlı bunları deyib: "Gənc futbolçularımızın transferi ilə bağlı çox xəbərlər yayılır. Hazırda bir çox klubla danışıqlarımız davam edir. Amma hələ qəti bir şey yoxdu. Hər kəsi klubumuzdan veriləcək xəbərləri gözləməyə çağırıram".

Qeyd edək ki, Emre Demir 15 yaşında "Kayserispor"un forması ilə "Gənclərbirliyi"nin qapısına yol taparaq Super Liqa tarixinin qol vuran ən gənc futbolçusu kimi tarixə düşmüşdü. Hazırda 17 yaşı olan yarımmüdafiəçi Super Liqa və Türkiyə kubokunda indiyədək oynadığı 31 matçda 3 qol vurub və bir məhsuldar ötürmə edib.


Etiketlər:  Barselona tarixə düşən türk futbolçunu transfer edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ