Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hiloba kəndinin qaz problemi - VİDEO

Hiloba kəndinin qaz problemi -  VİDEO

Tarix: 11 Avqust 2021 14:14

"Azəriqaz" İB: Dövlət proqramı çərçivəsində kəndə qaz çəkiləcək

Milli.Az Real TV-yə istinadən bildirir ki, 600 nəfərə yaxın sakin uzun illərdir mavi yanacaq problemindən əziyyət çəkir. Söhbət Qusar rayonunun Hiloba kəndindən gedir. Yerli sakinlər bildirir ki, ətrafdakı yaşayış məntəqələrinə qaz çəkilsə də adıçəkilən kənd sanki unudulub.

Hazırda sakinlər yanacaq mənbəyi kimi odundan istifadə edirlər. Şikayətçi sakinlər deyir ki, odun əldə etmək də müşkülə çevrilib. Çünki odun almaq üçün 60-70 km məsafə qət edərək rayon mərkəzinə getməlidirlər. Bu isə həm vaxt itkisi həm də əlavə xərc deməkdir.

Qaza həsrət qalan kəndin problemi ilə bağlı Azəriqaz İstehsalat Birliyindən sakinlərə biraz da səbrli olmaarı tövsiyyə edildi. Çünki məsələ 2019-2023-cü illər dövlət proqramı çərçivəsində həllini tapacaq.

İndi sakinlərə 2 il də səbr etmək düşür. İnanırıq ki, deyilən vaxt ərzində problem həllini tapacaq və sakinlər mavi yanacağın istisinə qızınacaq.

Milli.Az


Etiketlər:  Hiloba kəndinin qaz problemi VİDEO


RƏYLƏR