Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Gözəlçə" Aydın bıçaq çıxardı, sürücünü soydu

Tarix: 12 Avqust 2021 08:58

Abşeronda yükdaşıma ilə məşğul olan şəxsə qarşı quldurluq edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini Elçin Hüseynov Abşeron rayon Polis İdarəsinə gələrək məlumat verib ki, idarə etdiyi Ford Karqo markalı 90-CS 122 dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən maşınına tanımadığı şəxs minib və onun üzərinə bıçaq çıxararaq 410 manat pulunu quldurluq yolu ilə ələ keçirib. Dərhal keçirilən əməliyyatla həmin şəxsin Aydın Lətifov olduğu məlum olub və o saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, saxlanılan Aydın Lətifov əvvəllərdə məhlükmlüq həyatı yaşayıb.

Milli.Az


Etiketlər:  Gözəlçə Aydın bıçaq çıxardı sürücünü soydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ