Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 19:54
Azərbaycan çempionu "Neftçi" bu gün Avropa Liqasında növbəti matçına çıxacaq.
Sonxeber.net xəbər verir ki, paytaxt klubu bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HJK klubu ilə cavab oyununu keçirəcək.
Bakıda baş tutan ilk oyunda qalib müəyyənləşməyib - 2:2.
Qeyd edək ki, bu cütün qalibi Avropa Liqasının pley-offunda Türkiyə "Fənərbaxça"sı ilə görüşəcək. Məğlub komanda isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Makkabi" (Hayfa, İsrail) - "HB Torshavn" (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
12 avqust
20:00. HJK (Finlandiya) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Dəniz Aytekin (Almaniya).
Helsinki Futbol Stadionu.
İlk oyun - 2:2.
"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 14. Roman Bask, 8. Emin Mahmudov, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 11. Harramiz Suareş, 10. Sezar Meza Kolli, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 97. Xəyal Nəcəfov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 26. Ömər Buludov, 20. Mert Çelik
HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel Oşonessi, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 6. Jair, 10. Lukas Linqman, 24. Devid Braun, 11. Roope Riski, 27. Filip Valençiç
Ehtiyat oyunçular: 31. Hüqo Keto, 79. Matias Niemela, 22. Kevin-Kuassivi Benisson, 14. Sebastyan Dalström, 47. Matti Peltola, 20. Sparv, 9. Riku Riski, 29. Entoni Olusanya