Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 17:24
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Mustafayeva Xədicə Elçin qızını vurub. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.