Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Taliban'' Maydanşəhr şəhərinin də ələ keçirildiyini elan etdi - VİDEO

''Taliban'' Maydanşəhr şəhərinin də ələ keçirildiyini elan etdi - VİDEO

Tarix: 15 Avqust 2021 11:22

Radikal "Taliban" hərəkatının tərəfdarları Vardak əyalətinin inzibati mərkəzi olan Maidanşəhr şəhərini nəzarətə götürüblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS agentliyinə məlumat yayıb.

Bu barədə bəyanat Taliban sözçüsü Zabihullah Mücahidin Twitter səhifəsində yayımlanıb.

Zabihullah Mücahidin sözlərinə görə, qubernator, polis rəisi və digər hökumət orqanları radikallar tərəfindən ələ keçirilib. Eyni zamanda hökumət qüvvələrinin silah və texnikası "Taliban"ın əlinə keçib.

Qeyd edək ki, Maydanşəhr, Kabulun cənub -qərbində, Əfqanıstanın paytaxtından 45.7 km məsafədə yerləşir.

Milli.Az


Etiketlər:  Taliban Maydanşəhr şəhərinin ələ keçirildiyini elan etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ