Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda körpəsini səkiyə atıb “patı” qəbul edən gənc qadın “çox nüfuzlu şəxsin” məşuqəsidir... - 5 dil bilir

Bakıda körpəsini səkiyə atıb “patı” qəbul edən gənc qadın “çox nüfuzlu şəxsin” məşuqəsidir... - 5 dil bilir

Tarix: 15 Avqust 2021 15:32

Təxminən bir ay əvvəl  "patı" deyilən sintetik narkotiklərin aludəçisi olan gənc qadın barədə xəbər vermişdik.  O, öz körpəsini "Nizami" metro stansiyasının yaxınlığında, elə küçədə, səkinin üstündə yatırdıb narkotik vasitə qəbul edirdi. Yoldan keçən insanlar bu mənzərəyə dözə bilməyib, narkoman-ana barədə polisə məlumat vermişdilər.

Hətta bu səhnəyə şahid olanlar dərhal öz telefonları vasitəsi ilə video da çəkiblər və təbii ki, həmin videolar bütün sosial şəbəkələrdə yayılıb, internet ictimaiyyətinin qəzəbinə səbəb olub. Sosial şəbəkələrdə bir neçə gün müzakirələr səngiməyib. Lakin, təəssüf ki, sosial şəbəkələrin Azərbaycan seqmentinin belə bir xüsusiyyəti var: hər hansı hadisə, hətta sensasiya ilk günlərdə çox aktiv müzakirələrə səbəb olsa da, bir neçə gündən sonra yaddan çıxır.

 

Lakin bizim jurnalist intuisiyamız bu dəhşətli hadisənin heç də adi hadisə olmadığını bizə işarə etdi. Üç həftə axtarış və tədqiqatlarımız davam etdi və, nəhayət, oxucularımıza çoxları üçün əsl şoka çevriləcək hadisənin təfərrüatlarını danışmağa hazırıq.

Bu cavan narkotik aludəçisi - Rövşanə Kərimovadır. Ali təhsillidir, hətta beş xarici dil bilir və uzun illər xarici səfirliklərin birində işləyib...

Bu video sosial şəbəkədə yayılan kimi, səkinin üstündə yatan uşaq Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib. Həkimlər onu çox ağır vəziyyətdə qəbul ediblər. Uşaq intensiv terapiya üçün nəzərdə tutulan küvəzdə saxlanılır. Həkimlər nə uşağı, nə də onun anasını atmayıblar - hazırda Rövşanə Bakının müalicə mərkəzlərindən birində müalicə alır.

"Hələlik uşağın həyatı təhlükə altındadır. Cəmi bir aylıq oğlan uşağıdır... Uşaq uzun müddət ac və susuz qalib, ona görə də çəkisində ciddi çatışmamazlıq var. Həkimlərin səyləri nəticəsində uşağın vəziyyəti hazırda bir qədər stabilləşib, o, hətta 300-400 qram çəki də yığıb. Lakin yenə də hələ proqnoz vermək çətindir. Hazırda müalicə davam edir", - xəstəxanadan bildiriblər.

 

Bu uşaq Kərimovanın ilk uşağı deyil. Birinci uşağı autizm xəstəliyindən əziyyət çəkir və nənəsinin himayəsindədir, onunla qalır.

Əvvəllər təzə ailə quran dövrdə Rövşanənin hər şeyi var idi - oxuduğu və bitirdiyi prestijli ali məktəb, nüfuzlu iş yeri, ilk baxışdan uğurlu bir evlilik... Rövşanə elə işlədiyi xarici ölkənin səfirliyində bir Britaniya vətəndaşı ilə tanış olub, onunla ailə qurmuşdu. Elə həmin evlilikdən də ilk uşağı doğuldu. Britaniyalı həyat yoldaşı Rövşanəyə onunla Londona köçməyi təklif etdi, lakin gənc Rövşanə Vətənini tərk etmək istəmədi və Bakıda qaldı. Beləcə ailəsi dağıldı.

Rövşanənin tanışları danışır ki, qadın çox gözəl idi və bu gözəllik təbii idi. Bir müddət Rövşanə modelyer işləyirdi, gözəllik müsabiqələrində iştirak edirdi. Hətta hələlik təsdiqlənməmiş məlumata görə, qadın Azərbaycanın Faiq Ağayev və Samir Bağırov kimi populyar müğənnilərinin kliplərində də çəkilmişdi.

"Rövşanənin boşanmasından sonrakı həyatı haqqında yalnız onun sözlərindən bilirik ki, britaniyalı əri gedəndən sonra Rövşanə çox varlı bir kişi ilə tanış olub və guya onlar əsl məhəbbət hissi yaşayıblar. Beləcə qadın zəngin və qayğısız həyat tərzi yaşamağa başlayır, şou-biznesin gecələrində qonaq olur və bütün bunlar ona sonda narkotiklərə də yol açır. Rövşanə narkotik qəbul etməyə başlayır. Əvvəl o bahalı preparatlar qəbul edir, lakin pul bitəndə ucuz sintetik narkotiklərə keçir. Rövşanənin varlı sevgilisi onu narkotikdən ayırmaq üçün əlindən gələni edirdi, hətta üç dəfə qadını bahalı klinikalara yerləşdirib, laklin onu bu bəladan xilas edə bilməyib. Hər dəfə kişi iş ezamiyyətinə gedən kimi, Rövşanə yenidən narkotik qəbul etməyə başlayırdı", - Rövşanənin tanışlarından biri danışdı.

 

Bu yaxınlarda səkinin üstündə gördüyümüz uşağın atası, çox güman ki, böyük və ya tanınmış bir şəxsdir. Rövşanə onun adını çəkmək,  barəsində nəsə deməkdən imtina edir. Rövşanə uşağını çox istəyir. Hətta narkotiklərin təsiri altında olarkən körpəsindən ayrılmaq istəmirdi. Rövşanə çox gözəl, ali təhsilli, tərbiyəli, güclü xasiyyətli bir qadındır. Onu yalnız narkotik sındırıb. Hamının ona yazığı gəlirdi və hamı ona kömək etmək istəyirdi... O deyir ki, özünü yoldaşı ilə xaricə getmədiyinə görə bağışlaya bilmir, getsəydi onun həyatı başqa cür olardı. Rövşanənin ailəsi də uzun müddət qadını narkotiklərdən ayırmaq istəyirdi, cəhd edirdi, lakin alınmadı. Hazırda Rövşanənin bircə arzusu var - narkotik adlı bəladan qurtulmaq, sağalmaq", - həmsöhbətimiz deyir.

Qeyd edək ki, Rövşanə Kərimovanın işi Baş Prokurorluqda araşdırıldıqdan sonra məlum olub ki, qadın uzun müddətdir körpəsi ilə küçələrdə qalırdı, dilənçiliklə məşğul idi, pozğun həyat tərzi yaşayırdı, daimi yaşayış yeri yox idi və bütün bunların səbəbi yalnız və yalnız narkotik idi.

İstintaqla yığılan materiallar artıq yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya göndərilib. Hazırda Rövşanə Kərimovanın analıq hüququndan məhrum edilməsi və uşağın dövlət uşaq baxımı müəssələrinə verilməsi ilə bağlı məsələlər həll olunur...

Bununla yanaşı ana və uşaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə götürülüb. Uşağın vəziyyəti yaxşılaşdıqdan sonra o, uşaq evlərindən birinə yerləşdiriləcək. virtualaz.org

Milli.Az


Etiketlər:  Bakıda körpəsini səkiyə atıb patı qəbul edən gənc qadın çox nüfuzlu şəxsin məşuqəsidir 5 dil bilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ