Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2021 17:38
Bütün Əfqanıstanı ələ keçirən radikal "Taliban" terror hərəkatının yaraqlıları yüzlərlə təhlükəli məhbusu "Pul-e-Charkhi" həbsxanasından buraxıb.
Bu barədə Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir.
Qeyd edilir ki, "Pul-e-Charkhi" ölkədə ən böyük həbsxana sayılır.
Azad edilmiş cinayətkarların arasında çox sayda talib və "Əl-Qaidə" terror təşkilatının üzvləri var. Terrorçular və qatillər kütləvi şəkildə Kabilə üz tutub.