Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oturaq həyat tərzi ölümü tezləşdirir

Oturaq həyat tərzi ölümü tezləşdirir

Tarix: 15 Avqust 2021 18:18

Alimlər hər il dünyada əhalinin ölüm sayının artmasının əsas səbəblərindən birini açıqlayıb.

Sonxeber.net Axşam.az-a istinadən bildirir ki, Dünya Ürək Federasiyası tərəfindən aparılan araşdırmalara görə son zamanlar ölümlərin artmasına əsas səbəblərdən biri kimi insanların hərəkətsizliyi göstərilib.

Dünya Ürək Federasiyası artan ölümlərin 6 faizinin insanların hərəkətsizliyi ilə bağlı olduğunu qeyd edib. Bildirilib ki, insan gün ərzində çox gəzməli, hədsiz oturaq həyat keçirməkdən qaçmalıdır.

Hazırki dönəmdə dünya əhalisinin böyük hissəsi şəkərli, duzlu və piylənməyə meyilləndirən qidalara üstünlük verir. Məhsulların düzgün şəraitdə saxlanılmaması 10 ölüm halından 4-nə səbəb kimi göstərilir. Alimlər siqaret çəkənlərə də öz tövsiyələrini veriblər. Siqaret çəkən hər iki şəxsdən biri bu səbəbdən dünyasını dəyişir.


Etiketlər:  Oturaq həyat tərzi ölümü tezləşdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ