Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2021 21:32
"Taliban"ın Kabilə girməsindən sonra Əfqanıstan prezidenti Əşrəf Qaninin ölkəni tərk etməsi etirazla qarşılanıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Əfqanıstanın müdafiə nazirinin vəkili Bismillah Muhammedi tvitter hesabında Qaninin ünvanına ağır ittihamlar səsləndirib.
"Əllərimizi arxadan bağladılar və vətəni satdılar. Qani və heyətinə lənət olsun", - deyə o, qeyd edib.
Milli Barışıq Ali Şurasının sədri isə bildirib: "Əfqanıstanı çətin zamanda tərk etdi. Allah ondan bunun hesabı soruşacaq".
Qeyd edək ki, Ə.Qaninin Tacikistana üz tutduğu bildirilir.